İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 31 nəfər ölüb, 73 nəfər yaralanıb.
PROPRESS "TRT Haber"ə istinadən xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.
Terrorçu-kamikadze meydanda özünü partladıb.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir.