post-slider
post-slider

BQXK Azərbaycana lazımi dəstək göstərə bilər - Nümayəndəlik rəhbəri

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycana lazım olan yerdə və vaxtda dəstək göstərə bilər.
Bunu Trend-ə BQXK-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Arian Bauer deyib.
Onun sözlərinə görə, 2020-ci il ərzində BQXK Qarabağ münaqişəsin nəticəsində zərər çəkmiş şəxslərə səmərəli humanitar yardım göstərib:
"İl ərzində COVID-19 pandemiyası, daha sonra payızda döyüş əməliyyatları ona gətirib çıxardı ki, BQXK əvvəlcədən planlaşdırılmış əməliyyatlarını genişləndirməli və uyğunlaşdırmalı oldu".
O əlavə edib ki, BQXK Azərbaycanın müvafiq strukturları ilə sıx təmasdadır və lazım olan yerdə və vaxtda dəstək göstərə bilər:
"Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyası ilə birgə ehtiyacların qiymətləndirilməsi, müvafiq dəstəyin göstərilməsi və potensialın möhkəmləndirilməsi üzrrə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir".


Mənbə: Trend

Telegram
Instagram

2020-ci il 15 iyul tarixindən fəaliyyətə başlayan "ProPress" media portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.
Bütün xəbərlər