post-slider
post-slider

Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyən fəallar həbs edildi

İranda “qərb fəalları” (yəni İran azərbaycanlıları – red.) Azərbaycanı dəstəklədiklərinə görə həbs ediliblər.

PROPRESS xəbər verir ki, bu barədə “Infoteka24” məlumat yayıb.

Azərbaycanlı fəallar 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı dəstəklədiklərinə görə həbs olunublar.

Aktivistlər Təbrizdəki Azərbaycan Konsulluğu qarşısında keçirilən etiraz aksiyası zamanı həbs ediliblər. Yasmin Zofuri, Hakim Əhməd, Sədulla Sasani, Rəhim Sasani, Mehdi Purali 1 il həbs və 60 şallaq cəzasına məhkum edilib.

Məlumata görə, Ərdəbil Cinayət Məhkəməsi “milli fəallar” Meysəm Çolani və Əli Şeyrji sentyabr-oktyabr aylarında keçirilən etiraz aksiyalarında iştirak etdikləri üçün dörd il həbs və 20 şallaq cəzasına məhkum edib. Digər “milli fəal” Salar Tahir Əfşarın eyni səbəbdən Urmiya şəhərində 3 il həbs cəzası aldığı bildirilib.

Fəalların həbs edilməsinə səbəb kimi ictimai asayişin pozulması və dövlət qulluqçusunun əmrinə tabe olmamaq göstərilib.

Telegram
Instagram

2020-ci il 15 iyul tarixindən fəaliyyətə başlayan "ProPress" media portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.
Bütün xəbərlər