post-slider
post-slider

“Avropalı deputatların ”Artsax"a səfərləri davam edəcək" - Daşnaksutyun rəsmisi

"Erməni Milli Komitəsinin vacib təşəbbüsü Avropa siyasətçilərinin, deputatlarının və jurnalistlərin “Artsax”a (Qarabağ - red.) səfərlərinin təşkilidir".

PROPRESS xəbər verir ki, bu sözləri “ARF Daşnaksutyun”un Avropa Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Ofisi Meneceri Harut Şirinyan bildirib.

“Belə səfərlər həm son müharibədən əvvəl, həm də müharibə müddətində həyata keçirilib. Bu təşəbbüs davam edəcək. Fevral ayında bir qrup avropalı millət vəkilinin Ermənistana və ”Artsax"a səfərinin təşkil edilməsi planlaşdırılır. Məqsəd avropalıların baş verənləri öz gözləri ilə görməsidir", - Şirinyan vurğulayıb.

Telegram
Instagram

2020-ci il 15 iyul tarixindən fəaliyyətə başlayan "ProPress" media portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.
Bütün xəbərlər