post-slider
post-slider

“Ermənistanın prioritetlərindən biri “Artsax”ın işğaldan azad edilməsidir” - Ayvazyan

“Ermənistan Respublikasının prioritetlərindən biri də ”Artsax" (Qarabağ - red.) ərazilərinin işğaldan azad edilməsidir".

PROPRESS xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Xarici İşlər naziri Ara Ayvazyan Xarici Əlaqələr Daimi Komissiyasının üzvləri ilə görüşdə bildirib.

“Artsax xalqının daimi yaşayış yerinə qayıtmasını təşkil etmək bizim üçün prioritetdir. İmzalanan üçtərəfli bəyannaməyə əsasən, Ermənistan regionun iqtisadi və infrastruktur potensialının qarşılıqlı faydalı istifadə istiqamətində addımlar atmağa hazırdır. Ancaq müvəffəq olmaq üçün qarşılıqlı inama ehtiyac var", - Ayvazyan qeyd edib.

Ayvazyan Qarabağın erməni əhalisinin öz müqəddəratını təyinetmə hüququnun Dağlıq Qarabağ münaqişəsinin həllinin mərkəzində olduğunu söyləyib.

Onun sözlərinə görə, mövcud vəziyyət güc tətbiqinin nəticəsidir, lakin güc tətbiqi ilə heç bir münaqişə həll olunmayıb. Bu, münaqişədə yeni bir mərhələ yarada bilər, ancaq münaqişəni həll edə bilməz.

Telegram
Instagram

2020-ci il 15 iyul tarixindən fəaliyyətə başlayan "ProPress" media portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.
Bütün xəbərlər