post-slider
post-slider

Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi

Ermənistanın müxalifət partiyaları parlamentə 44 günlük Qarabağ müharibəsi və döyüşlərdən əvvəlki vəziyyəti araşdırmağı təklif edib.

PROPRESS-in Ermənistan KİV-nə istinadən məlumatına görə, təklif "İşıqlı Ermənistan" partiyası tərəfindən irəli sürülüb.

Digər müxalifət partiyaları "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Respublika" partiyaları təklifi dəstkləyib.

Baş nazir Nikol Paşinyanın "Mənim addımım" və sabiq prezident Serj Sarkisyanın Respublikaçılar partiyası isə bu təklifi qəbul etməyib.

Respublikaçılar partiyası hazırkı hökumət dövründə yaradılacaq komissiyanın obyektiv araşdırma aparmayacağını ifadə edib.

Telegram
Instagram

2020-ci il 15 iyul tarixindən fəaliyyətə başlayan "ProPress" media portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.
Bütün xəbərlər