post-slider
post-slider

Sergey Lavrov Paşinyanı günahlandırdı

Qarabağda müharibə bitdikdən sonra Rusiya Federasiyası rəsmiləri yeni açıqlamalar verməyə və həqiqətləri üzə çıxarmağa davam edirlər.

PROPRESS xəbər verir ki, Rusiya tərəfi Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın müharibədə günahı Rusiya hakimiyyətinin üzərinə atmağa çalışdığını bildirib.

Keçirdiyi mətbuat konfransında Sergey Lavrov Ermənistan rəhbərliyini, xüsusən Paşinyanı müharibə təxribatında günahlandırıb:

“Düşünürəm ki, belə təxribatlardan çəkinmək daha yaxşı olardı. 44 günlük müharibədən əvvəl erməni tərəfindən "yeni müharibə, yeni ərazilər" kimi ifadələrin (Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini nəzərdə tutur - red.) gəldiyini görürdük. Bu vəziyyətdə tərəflərdən gələn sözlər çox mənfi maddi gücə çevrildi", - Lavrov qeyd edib.

Telegram
Instagram

2020-ci il 15 iyul tarixindən fəaliyyətə başlayan "ProPress" media portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.
Bütün xəbərlər