post-slider
post-slider

Kamil Zeynallı azadlığa buraxıldı

Fitnes məşqçisi Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

PROPRESS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, K.Zeynallı Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlğa çıxıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib. O, stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib. Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib. K.Zeynallı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarına əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Xatırladaq ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.

Telegram
Instagram

2020-ci il 15 iyul tarixindən fəaliyyətə başlayan "ProPress" media portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır.
Bütün xəbərlər